RU

HƏMAS idarəetməni Fələstin hökumətinə təqdim edəcəkmi? -AÇIQLAMA

HƏMAS Qəzzanın idarəetməsini fəstinlilərdən ibarət bir komitəyə təhvil verməyə hazırdır. Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstin Zirvə toplantısında çıxışı zamanı deyib.

HƏMAS idarəetməni fələstinlilərə təhvil verəcəkmi?

Redaktor.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, HƏMAS-a qarşı İsrailin iki illik hərbi əməliyyatları nəticəsində HƏMAS fiziki olaraq zəiflədilib və bu proses Şarm əl-Şeyxdə aparılan atəşkəs və sülh sazişi ilə kulminasiya mərhələsinə çatıb:

"Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Qətər HƏMAS-ın idarəçiliyini Fələstin Muxtariyyətinə, mərkəzi hakimiyyətə təhvil verməsini təmin etmək üçün çalışırlar. Müşahidələr göstərir ki, proses artıq yekunlaşmaq üzrədir. Əgər HƏMAS idarəetməni təhvil verməzsə, bu yeni müharibəyə səbəb ola bilər. Növbəti mərhələ isə HƏMAS-ın silahı yerə qoymasıdır. HƏMAS-ın çıxış yolu məhduddur, çünki prosesi əsasən Amerika Birləşmiş Ştatları idarə edir. Türkiyə də atəşkəsin və sülhün təmin edilməsində qarant qismində iştirak edir. Bu çərçivədə HƏMAS-ın idarəetmədən çəkilməsi, silahları yerə qoyması və idarəetmənin Fələstin hökumətinə verilməsi istiqamətində razılaşma əldə olunması hədəflənir. Anlaşmanın pozulmaması da vacibdir. Əgər İsrail tərəfi razılaşmanı pozarsa, HƏMAS idarəetməni təhvil verməyə bilər və bu, yeni siyasi və hərbi böhrana yol aça bilər. Ancaq ümumi təəssürat budur ki, gedişat müsbət nəticələnəcək və HƏMAS idarəetməni təhvil verəcək", - deyə politoloq yekunlaşdırdı. 

Xədicə BAXIŞLI    

Избранный
47
1
redaktor.az

2Источники