Sığınacaqdan heç kimə xəbər etmədən sevgilisi ilə gedən 16 yaşlı ana axtarışa verilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.az-a açıqlamasında deyib.
“Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”, – deyə E.İbrahimov bildirib.
Qeyd edək ki, bundan əvvəl “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova 16 yaşlı ananın sığınacaqdan xəbər etmədən sevgilisi ilə getdiyini açıqlamışdı.