Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
Msport.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız ilk görüşünü Liviyaya qarşı keçirib. Matç millimizin 5:4 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov isə dubl edib.
Qeyd edək ki, futzalçılarımız növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.