RU

Çinli astronavtlar kosmik stansiyada ilk dəfə qril və steyk bişiriblər

Yazını böyüt
Yazını kiçilt

Çinli astronavtlar “Tienqon” kosmik stansiyasında ilk dəfə qril və steyk bişirərək yeyiblər.

Hafta.az xəbər verir ki, qril və steyk qonaqlığı 6 aydır stansiyada olan “Şencou-20” missiyasının üzvlərinin kosmos səyahətinin başa çatması və onları əvəzləməyə gələn “Şencou-21” missiyasının astronavtlarının işə başlaması münasibətilə təşkil olunub.

Astronavtlar toyuq qanadlarını və digər növ ət parçalarını kosmik stansiya üçün hazırlanmış isti hava sobasında bişirib yeyiblər. Beləliklə, çinli astronavtlar indiyədək yalnız qablaşdırılmış yeməkləri qızdırıb yeyirdilərsə, isti hava sobası sayəsində artıq onlar yemək bişirə də biliblər.

Qeyd edək ki, “Şencou-21” missiyasının astronavtları noyabrın 1-də stansiyaya çatıblar. Təhvil-təslim prosesini başa vuran “Şencou-20” missiyasının astronavtları noyabrın 5-də Yerə qayıdacaqlar.

Избранный
47
20
hafta.az

10Источники