Bakı.Trend:
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədarolaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürəthəddi 20 km/saat endirilib
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektualİdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetməMərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarındadəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol”işarəsi qoyulub.