RU

Ən böyük təqsir… qəzada həlak olan gəncin ailəsi danışdı VİDEO

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Göygöldə iki nəfərin həlak olduğu yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Globalinfo.az xəbər verir ki, qəzada ölən İspi Əliyevin yaxınları Baku TV-yə danışıblar.

Mərhumun atası bildirib ki, 16 yaşlı uşağa maşın verilməsi düzgün olmayıb və ən böyük təqsirin maşını uşağa verən atada olduğunu vurğulayıb.

“Nəvəm 11-ci sinifdə oxuyurdu, arzusu İdman Akademiyasında təhsil almaq idi. Nə idi bizim günahımız? Niyə bu körpələrə belə bir faciə yaşatdılar?” — mərhumun nənəsi bildirib.

Xalası isə hadisənin dəhşətini belə təsvir edib: “16 yaşında uşaq, ata-anasının gözünün ağı-qarası… Niyə onun qanı o düzlərlə bir olurdu? Niyə o parça-tikə oldu? Xahiş edirəm, ananızı gözü yaşlı qoymayın”.

Xatırladaq ki, Göygöldə baş verən ağır qəzada 27 yaşlı sürücü Elvin Məmmədov və 16 yaşlı sərnişin İspi Alıyev hadisə yerində həlak olublar. Maşında olan digər iki nəfər – 17 yaşlı Sənan Əsgərov və 16 yaşlı Tunar Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı süjetdə:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
61
globalinfo.az

1Источники