İtaliya millisinin sabiq baş məşqçisi Roberto Donadoni B seriyasında işləyəcək. Msport.az xəbər verir ki, o, “Spetsiya” klubunun “sükanı” arxasına keçib.
62 yaşlı mütəxəssislə müqavilə 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
“Spetsiya” hazırda B seriyasında 19-cu yeri tutur.
Donadoni daha əvvəl “Cenoa”, “Livorno”, “Napoli”, “Kalyari”, “Parma” və “Bolonya” klublarını çalışdırıb.
O, 2006-2008-ci illərdə İtaliya yığmasının baş məşqçisi olub.