RU

“Qalatasaray” "Ayaks"la matça ciddi itki ilə çıxacaq

Bakı. Trend:

Yunus Akgün "Qalatasaray" – "Ayaks" matçında oynayabilməyəcək.

Trend xəbərverir ki, futbolçu məşq zamanı zədələnib. Klubun məlumatına görə,ulduz futbolçu “Ayaks”la qarşılaşma öncəsi keçirilən son taktikiməşqi ağrılar səbəbindən yarımçıq tərk edib. Akgünün sol dizindəzədə aşkarlanıb və onun müalicə prosesinə başlanılıb.

Məlumata görə, futbolçunun ən azı 3 həftə yaşıl meydanlardanuzaq qalacağı gözlənilir. Bu səbəbdən o, UEFA Çempionlar LiqasındaHollandiya təmsilçisi “Ayaks”la keçiriləcək qarşılaşmanın heyətinədaxil edilməyib.

Qeyd edək ki, "Ayaks" - "Qalatasaray" qarşılaşması sabah gecəBakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Избранный
12
5
az.trend.az

6Источники