RU

Ermənilərin Qarabağa potensial qayıtması Azərbaycanla sülhü təhlükə altına sala bilər – Nikol Paşinyan

Erməni qaçqınlarının Qarabağa potensial qayıtması Ermənistanla Azərbaycan arasında sülhü təhlükə altına qoya bilər.

Editor.az bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən beynəlxalq forumda deyib. O, qaçqınların qayıtmasını təhlükəli adlandırıb, çünki bu, vəziyyəti “münaqişənin ilkin parametrlərinə” qaytarır: “Dağlıq Qarabağdan köçkün bacı və qardaşlarımızın qayıtmasını sülh üçün risk hesab edirəm. Mən həmçinin dedim ki, bu məsələ, yəni məcburi köçkünlərin qayıtması, ümumiyyətlə təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”, – deyə Paşinyan bildirib.

O, həmçinin sülhü qayğıya ehtiyacı olan yeni doğulmuş uşaqla müqayisə edib. Paşinyanın sözlərinə görə, tərəflər sülh müqaviləsi imzalamalı, təxmini sərhədləri xəritələşdirməli və “bir-birini tək qoymalıdırlar”.

Qeyd edək ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi 8 avqustda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə paraflanıb.

//Samir Qurbanov, Editor.az

Избранный
55
editor.az

1Источники