RU

Tramp yəhudiləri təhqir etdi KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp sosial şəbəkə Truth Social-da paylaşım edərək demokrat namizədə səs verən yəhudiləri sərt şəkildə tənqid edib.

“Zöhran Mamdani – sübut olunmuş və açıq şəkildə yəhudilərə nifrət etdiyini bildirən bir insandır. Ona səs verən hər bir yəhudi sadəcə axmaqdı!” – Tramp yazıb.

KONKRET.az xəbər verir ki, Mamdani Nyu-York meri postuna namizəd olan ilk müsəlman siyasətçidir və o, Trampın tənqid hədəfinə tez-tez çevrilir. Ekspertlər hesab edir ki, onun mümkün qələbəsi ABŞ siyasətində yeni bir mərhələnin başlanğıcı ola bilər.

Zöhran Mamdani İsrailin Qəzzada insan haqlarını pozması ilə bağlı sərt çıxışları ilə tanınır. O, seçkilərdə qalib gəldiyi təqdirdə, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Baş nazir Benyamin Netanyahunun addımlarına qarşı sanksiyalar tətbiq etməsindən çəkinməyəcəyini bəyan edib.

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
konkret.az

2Источники