Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev vəfat edib.
Bu barədə APA-ya onun yaxınları məlumat verib.
Vaqif Vəliyev 1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri, direktor vəzifələrində çalışıb. 1989-cu ildən isə Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində işləyib.