RU

“NATO gəmisi Burevestnik sınaqlarını izləyib” – Putin

“NATO-nun kəşfiyyat gəmisi Rusiyanın ən yeni qanadlı raketi “Burevestnik”in sınağını müşahidə edib”.

Busaat.az xəbər verir kki bu barədə Rusiya prezidenti Vladimir Putin “Burevestnik” və “Poseydon” silah sistemlərinin tərtibatçılarının mükafatlandırılması mərasimi zamanı bildirib.

Dövlət başçısı xüsusi olaraq qeyd edib ki, Rusiya NATO kəşfiyyatçısının işinə müdaxilə etməyib.

“Uçuş məsafəsinə görə, “Burevestnik” məlum olduğu kimi, dünyada məlum olan bütün raket sistemlərini üstələyib.

Yüksək hədəf dəqiqliyinə malikdir, hədəfini əvvəlcədən müəyyən edilmiş vaxtda dəqiq və etibarlı şəkildə vurur. Hesab edirəm ki, xarici mütəxəssislər də bunu təsdiq edə bildilər, çünki oktyabrın 21-də “Burevestnik” sınaqları zamanı NATO-nun kəşfiyyat gəmisi daim ərazidə olub.

Biz onun işinə mane olmadıq. Baxsınlar”, – deyə Putin əlavə edib.

Yeganə

Избранный
67
busaat.az

1Источники