RU

İsrail terrorçuların edam edilməsi haqqında qanunu TƏSDİQLƏYİB

İsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsi terrorçular üçün ölüm cəzasını tətbiq edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Busaat.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

“Milli Təhlükəsizlik Komitəsi terrorçular üçün ölüm cəzası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib”, – deyə məlumatda deyilir.

Knesset qanun layihəsini 2023-cü il martın 1-də ilkin oxunuşda təsdiqləyib.

Qanun layihəsi hökumət koalisiyasına daxil olan ifrat sağçı Yəhudi Gücü partiyasının üzvü Limor Son Har-Melech tərəfindən irəli sürülüb.

Yeganə

Избранный
50
busaat.az

1Источники