RU

Hədə-qorxu ilə pul tələb edən şəxslərə ağır cəza verildi

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Bayram Mətləb oğlu Aslanov və Rəşad Cavad oğlu Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Bayram Aslanov 8 il, Rəşad Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, onlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2-ci və 228.1-ci maddələri üzrə cinayət işi açılıb.

Cinayət işində 3 nəfər - Şirin Tapdıq oğlu Abdullayev, Rasim Bəyoğlan oğlu Şıxıyev və Emin Faiq oğlu Quliyev zərərçəkmiş qismində tanınıblar.

Həbs edilənlərdən Bayram Aslanov "Azəriqaz"ın direktor müavini Cahid Hüseynovun bacanağıdır.

Избранный
19
2
avtosfer.az

8Источники