RU

Əvvəl təmir sexi idi, indi isə market olacaq: Xətaidə növbəti qanunsuz tikinitiyə start verilib...

Hər nə qədər çox yazılırsa, Xətaidə qanunsuz tikintilərin sayı bir o qədər də artır. Görünür ki, Rafiq Əliyev üçün qanunu pozmaq adətdən gələn ənənəyə çevrilib...

Poliqon xəbər verir ki, Xətai rayonunda  Neapol küçəsində ina edilən obyektdə ( tezliklə market xidmətizində) reklam lövhələri asılaraq qanunsuz işlər görülür.

Məlumata əsasən  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasındabu tikinti ilə bağlı  heç bir məlumat yoxdur. Qanunsuz tikinti hansı səlahiyyətli şəxsin icazəsi ilə  həyata keçirilir? Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Xətai  rayon icra hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur.

Qanunsuz tikinti ilə bağlı Xətai  rayon icra hakimiyyətinə və aidiyyatı qurumlardan heç bir məlumat almaq mümkün olmadı.

Qeyd edək ki, 2019-cu ildən Xətai rayon icra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir. Son aylar Xətai rayonu ərazisində qanunsuz tikintilər geniş vüsət alıb. Bu barədə sosial platformalarda dayanmadan məlumatlar dərc olunur. (xalq.online)

Poliqon.info

Избранный
31
1
poliqon.info

2Источники