RU

İraq “Lukoil”dən neft daşınmasını LƏĞV EDİB

ABŞ və Böyük Britaniyanın Rusiyanın ən böyük neft şirkətinə qarşı sanksiyaları ilə bağlı narahatlıqlarını əsas gətirərək, İraq Rusiyanın Lukoil şirkətindən üç xam neft yükünü noyabr ayında ləğv edib.

Busaat.az xəbər verir ki, İraqın dövlət neft şirkəti “Somo” “Lukoyl”un Qərbi Qurna-2 yatağındakı payından neft daşınmasını ləğv edib.

Mənbələrin bildirdiyinə görə, daşımalar noyabrın 11, 18 və 26-na planlaşdırılıb. Lukoil və Somo şirkətlərindən şərh almaq mümkün olmayıb.

Rusiyanın ikinci ən böyük neft şirkəti Lukoil son həftələrdə ABŞ və Böyük Britaniyanın sanksiyalarına məruz qalıb və bu, onun normal fəaliyyətini xeyli çətinləşdirib.

Yeganə

Избранный
58
1
busaat.az

10Источники