RU

Norveç 2026-cı ildə Ukrayna üçün 7 milyard dollar ayıracaq

BAKI, 4 noyabr. TELEQRAF

Norveç 2026-cı ildə Ukraynanın müdafiə ehtiyacları üçün 7 milyard dollar xərcləyəcək.

Teleqraf xəbər verir ki, bunu Norveçin müdafiə naziri Tore Sandvik bildirib.

Ukraynalı həmkarı ilə görüşdə Sandvik bildirib ki,2026-cı ildə Ukraynanın müdafiə ehtiyacları üçün vəsait ayrılacaq..

Ukraynalı nazir Şmıqal Sandvikə onu Birgə Ekspedisiya Qüvvələrinin (JEF) müdafiə nazirlərinin toplantısına dəvət etdiyinə görə təşəkkür edib.

Görüşdən sonra nazirlər sazişlər çərçivəsində istehsal olunan və ya tədarük olunan müdafiə təyinatlı məmulatların vahid keyfiyyət standartlarına dair memorandum imzalayıblar.

Onlar həmçinin Ukrayna və Norveç şirkətləri arasında birgə müdafiə müəssisəsinin yaradılması haqqında memorandum imzalayıblar.

Nazirlər Ukrayna silahlı qüvvələrinin prioritet ehtiyaclarını və hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə ediblər.

Избранный
47
2
teleqraf.com

3Источники