RU

Azərbaycan millisinin baş məşqçisi: “Oyunçuların gözlərindəki alov sayəsində qələbə qazandıq”

BAKI, 4 noyabr. TELEQRAF

“Komandamız göstərdiyi oyunla zəif olmadığını sübut etdi. Oyunçular deyilənləri diqqətlə dinləyir, meydanda tətbiq etməyə çalışırlar. Bəzən bunu sona qədər edə bilmirlər, amma onlarda güvən görürəm və bu güvən sayəsində yaxşı işlər görəcəyik“.

Teleqraf xəbər verir ki, bu sözləri yığmanın baş məşqçisi Yevgeni Kukseviç VI İslam Həmrəyliyi Oyunlarında Liviyaya qarşı keçirilən matçdan sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə deyib.

Mütəxəssia 5:4 hesabı ilə qələbəni belə şərh edib: “İlk növbədə komanda üzvlərinin birliyini və həvəsini qeyd etmək istərdim. Məncə, bu, əsas məqamlardan biri idi. İlk dəqiqədə qol vurduq, amma bəzi səhvlərə yol verdik və məğlub duruma düşdük. Fasilədə apardığımız söhbət ikinci hissədə effektini göstərdi və zəif olmadığımızı sübut etdik".

Kukseviç komandanın çıxışından razı qaldığını da əlavə edib: "Daha güclü ola, fərqli hesabla qələbə qazana bilərdik. Səhvlər etsək də, futzalçıların istəyi, gözlərindəki alov sayəsində qələbə qazandıq. Bu cür istəkli, əzmkar olmaq vacibdir".

Baş məşqçi azarkeşlərin dəstəyinin vacibliyini xüsusi vurğulayıb: “Azərbaycandan gələn və tribunada bizi dəstəkləyən insanların rolu da az olmadı. Onların səslərini eşidir, dəstəyini hiss edirdik. Bu, futzalçılara əlavə güc və həvəs verirdi".

Избранный
20
6
teleqraf.com

7Источники