RU

İraq ABŞ sanksiyalarına görə “Lukoil”in neft göndərişlərini ləğv etdi

Musavat.com xəbər verir ki, İraqın dövlət neft şirkəti SOMO rusiyalı “Lukoil” şirkətinin noyabr ayında nəzərdə tutulan üç neft partiyasının ixracını ləğv edib. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumata görə, qərar ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda qəbul edilib. Ləğv edilən göndərişlər İraqdakı “Qərbi Qurna-2” yatağından çıxarılan xam neftə aiddir.

“Lukoil” bu yataqda 75 faiz paya sahibdir. Neft tədarükləri 11, 18 və 26 noyabr tarixlərində həyata keçirilməli idi, lakin SOMO həmin müqavilələri rəsmi şəkildə dayandırıb. 

 

Musavat.com

Избранный
54
8
musavat.com

10Источники