RU

Əliyar Ağayevin idarə etdiyi oyunda “Qarabağ”ın rəqibi qələbə qazandı

BAKI, 5 noyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) oyunu yekunlaşıb.

Teleqraf xəbər verir ki, azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə ingilislər 3:0 hesabı ilə qalib gəlib.

Ədalət təmsilçimizin rəhbərlik etdiyi matçda qolları 32-ci dəqiqədə Bukayo Saka (penaltidən), eləcə də 46 və 68-ci dəqiqələrdə Bay Merino vurub.

Əliyar Ağayev qarşılaşma ərzində “Slaviya”nın 3, “Arsenal”ın isə 4 futbolçusuna sarı vərəqə göstərib.

Избранный
90
teleqraf.com

1Источники