RU

Kaya Kallas: Avropa İttifaqı 2030-cu ilə qədər yeni üzvləri qəbul edə bilər...

Aİ rəsmidi Qara dəniz regionunda islahatlara görə Monteneqro və Albaniyanı tərifləyib, Serbiya və Gürcüstana isə irad bildirib...

Poliqon xəbər verir ki, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas qurumun 2030-cu ilə qədər yeni üzvləri qəbul edə biləcəyini açıqlayıb. O, bu bəyanatı Avropa Komissiyasının Aİ-yə üzvlük üçün müraciət edən 10 ölkə barədə illik hesabatlarını dərc etməsindən sonra verib. The Guardian yazır ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ildən etibarən uzun müddət durğun vəziyyətdə olan genişlənmə prosesinə yeni impuls qazandırıb.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsi və yaranan geosiyasi dəyişikliklər Aİ-nin genişlənməsini açıq şəkildə zəruri edir. Əgər dünya səhnəsində daha güclü oyunçu olmaq istəyiriksə, bu, qaçılmazdır,” – deyə Kallas jurnalistlərə bildirib. O əlavə edib ki, “2030-cu ilə qədər yeni ölkələrin Avropa İttifaqına qoşulması tamamilə real hədəfdir.”

Avropa Komissiyasının hesabatında Monteneqro və Albaniyanın islahatlar sahəsində əldə etdiyi irəliləyişlər yüksək qiymətləndirilib. Hər iki ölkə Aİ-yə inteqrasiya istiqamətində “lider mövqedə” adlandırılıb. Bununla yanaşı, Serbiyanın demokratik islahatlarda geriləməsi və Gürcüstanda demokratiyanın daha da zəifləməsi sərt tənqid edilib.

Ekspertlər hesab edirlər ki, Aİ-nin 2030-cu ilə qədər genişlənməsi həm siyasi, həm də iqtisadi baxımdan mühüm dönüş nöqtəsi ola bilər. Yeni üzvlərin qəbul edilməsi, xüsusilə Qərbi Balkan regionunda sabitliyi möhkəmləndirə və Rusiyanın təsir imkanlarını azalda bilər.

Poliqon.info

Избранный
66
poliqon.info

1Источники