RU

Putindən gözlənilməz xəbər: Rusiya 2026-ya nüvə üstünlüyü ilə girəcək

Rusiya Prezidenti Vladimir Putin “Oreşnik” raket sisteminin seriyalı istehsalına başlandığını elan edib.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə silah istehsalçılarını mükafatlandırma mərasimində çıxış edərkən bildirib.

Putin qeyd edib ki, gələn il Sarmat raketlərinin yerləşdirildiyi sistemlər döyüş hazırlığı vəziyyətinə gətiriləcək. Onun sözlərinə görə, Rusiya, digər nüvə dövlətləri kimi, öz nüvə potensialını inkişaf etdirməyə davam edir, lakin bu, heç bir ölkəyə qarşı təhlükə yaratmaq məqsədi daşımır.

Prezident vurğulayıb ki, “Poseydon” və “Burevestnik” raket sistemlərinin hazırlanması Rusiya üçün strateji üstünlük yaradıb və gələcəkdə bu istiqamətdə irəliləyiş davam edəcək.

Putin bildirib ki, “Burevestnik” sistemi uçuş məsafəsinə görə dünyada mövcud olan bütün raket sistemlərini geridə qoyub. “Poseydon” və “Burevestnik”in istehsalında isə yalnız yerli materiallardan istifadə olunur.

Qeyd edək ki, dövlət başçısı bu raketlərin yaradılmasında xüsusi xidmətləri olan mühəndis və alimləri də təltif edib.

Избранный
18
1
konkret.az

2Источники