RU

Alt şüurda ilişib qalmış xatirə, yaxud nastolji... Dövlət Komitəsinin, yoxsa Agentliyin səhvi? FOTOFAKTLAR

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Noyabrın 4-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirlə bağlı qalmaqal yaranıb.

Mia.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova, deputat Hikmət Babaoğlu və diigər qonaqların iştirak etdiyi tədbirdə iki ciddi siyasi yanlışa yol verilib.

Birincisi, tədbiri işıqlandıran "Azərtac" Dövlət Agentliyi Hikmət Babaoğlunu hələ də "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru kimi təqdim edib. 

İkincisi, "Azərtac"  bu "səhvi" sosial mediadakı atmacalardan sonra düzəltsə də, bu dəfə xəbərdə "təşkilatçılar siyahısı"nda yenə "Yeni Azərbaycan"ın adını çəkib. Və görünən odur ki, hakim partiyanın media orqanı bu məsələdə də yer almayıb. 

Nəhayət, "Azərtac" xəbərə 3-cü dəfə düzəliş verərək, bu dəfə ümumiyyətlə, "təşkilatçılar siyahısı"nı yerli-dibli silib. Aydın olub ki, tədbirin təşkilatçısı yalnız və yalnız Bahar Muradovanın sədri olduğu Dövlət komitəsi olub...

Xəbərin son variantı aşağıdakı linkdə:

https://azertag.az/xeber/aile_qadin_ve_usaq_meseleleri_media_mustevisinde_chagirislar_ve_perspektivler_movzusunda_konfrans_kechirilib-3842239?fbclid=IwY2xjawN2_8ZleHRuA2FlbQIxMQBicmlkETFObzViUVhyZzBFeDdYYlJyAR7M-5EfT4YT6QmyvsyNXYro6k9eBpLijiDYXPL6OqIoAahX844qvhuvYzYiBw_aem_fqaJSX48HvsD7dBsNN-nUQ

Məsələyə "Yeni Azərbaycan" qəzetinin Baş redaktorunun müavini Nəzirə Nurullayeva da aydınlıq gətirib.

O, yuxarıda qeyd olunan yanlış təqdimat və xəbəri "screenshot" edərək, "Feysbuk"dakı səhifəsində yazıb: ""Yeni Azərbaycan" qəzeti heç bir tədbirin təşkilində iştirak etməyib. Bu, Dövlət Komitəsinin alt şüurunda ilişib qalmış xatirə, yaxud nastolji hisslərindən başqa daha nədənlərdən xəbər verir. 5 il əvvəlki xatirələrini bugünkü tədbirə sığışdırmaları isə xiffətin real təzahürüdür"

Maraqlı burasıdır ki, gün ərzində 3 ardıcıl "səhv"ə əsasən iqtidardan bu və ya digər formada maliyyə alan saytlar daha aqressiv münasibət göstəriblər...

Mia.az şərh vermədən hər üç düzəlişin "screenshot"unu təqdim edir:

F.ƏHMƏD

MİA.AZ 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
60
mia.az

1Источники