RU

ABŞ Venesuelaya qarşı hərbi tədbirlərin üç variantını nəzərdən keçirir

NYT: Planlara hava zərbələri və xüsusi təyinatlı əməliyyatlar daxildir...

Poliqon xəbər verir ki, New York Times (NYT) qəzetinin məlumatına görə, ABŞ administrasiyası Venesuela hökumətinə qarşı üç mümkün hərbi ssenarini dəyərləndirir. Mənbələrin bildirdiyinə görə, bu planlara hava zərbələri, xüsusi təyinatlıların əməliyyatları və strateji obyektlərin ələ keçirilməsi daxildir.

Birinci ssenari Venesuela prezidenti Nikolás Maduronun ordudakı dayaqlarını zəiflətmək məqsədilə ölkənin hərbi obyektlərinə hava zərbələri endirilməsini nəzərdə tutur. İkinci variant isə ABŞ xüsusi təyinatlı qüvvələrinin Maduronu ələ keçirməsi və ya aradan götürməsi əməliyyatını ehtiva edir.

Üçüncü plan daha mürəkkəbdir və ABŞ-ın kontrterror əməliyyat qüvvələrinin Venesueladakı aerodromlar və neft obyektləri üzərində nəzarəti ələ keçirməsini nəzərdə tutur. NYT yazır ki, bu, regionda ABŞ hərbi varlığının əhəmiyyətli dərəcədə genişlənməsi demək ola bilər.

Bundan öncə, 1 noyabrda “Washington Post” məlumat vermişdi ki, ABŞ Venesuela sahillərinə hərbi gəmilər, sualtı qayıqlar və minlərlə əsgər göndərib. Ekspertlər bunu Vaşinqtonun Karib hövzəsində genişmiqyaslı əməliyyatlara hazırlaşdığının göstəricisi kimi qiymətləndirirlər.

Eyni gün Venesuela prezidenti Nikolás Maduro bəyan etmişdi ki, ABŞ onun ölkəsinin təbii sərvətləri – xüsusən neft ehtiyatları uğrunda müharibə yaratmağa çalışır.

Poliqon.info

Избранный
40
poliqon.info

1Источники