RU

17 illik ailə bir ayda dağıldı – “Mənə nə sən lazımsan, nə də o 7 uşağın…” – VİDEO

Nail Kəmərlinin ailə münaqişəsi ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, paylaşımda kişi 17 illik ailə həyatının cəmi bir ayın içində dağıldığını bildirib. O, həyat yoldaşının qəfil evdən getdiyini və onu “qara siyahıya” atdığını qeyd edib.

Şəxs açıqlamasında ailəsinin dağılmasından sonra həyat yoldaşı və övladları ilə əlaqə saxlamaq istəmədiyini vurğulayıb:

 “Bayram, eşidirsən məni? Mən sənin 7 uşağının 7-sindən də imtina edirəm. Mənə nə sən lazımsan, nə də o yalançı, vicdansız uşaqların. Vəssalam, bitdi.”

O, məsələ ilə bağlı hüquqi yolla hərəkət edəcəyini də bildirib və qeyd edib ki, məhkəmədə vəkili vasitəsilə bütün tədbirlər görüləcək.

Hazırda paylaşım sosial mediada geniş müzakirələr doğurur.

Избранный
48
nocomment.az

1Источники