RU

Ayaks baş məşqçisi: Qalatasaray a meydanda genişlənməyə imkan verməməliyik

ain.az, Mia.az portalına istinadən məlumat yayır.

Bu gün Bakı vaxtı ilə saat 00.00-da UEFA Çempionlar Liqası çərçivəsində "Qalatasaray" doğma meydanında qəbul edəcək Hollandiyanın "Ayaks" komandasının Baş məşqçisi Con Heytinqa çox da ümidli mesaj verməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mətbuat konfransı keçiriən Heytinqa "Qalatasaray"la oyuna yaxşı hazırlaşdıqlarını deyib.

Lakin o, etiraf edib ki, İstanbul komandası çox güclüdür: "Ümid edirəm ki, biz onlara qol atacağıq. Açıöı, bir xal qazansaq, özümü yaxşı hiss edərəm. Əlbəttə, öz meydanımızda oynamağımız bizə üstünlük verəcək. Azarkeşlərimiz bizi motivasiya edəcəklər. Əvvəlki oyunlarımızı nəzərə alsaq, "Qalatasaray" bizdən daha yaxşı görünə bilər. Hələ də şansımızın olduğunu düşünürəm."

Baş məşqçi bildirib ki, "Qalatasaray"ın çox sürətli oyunçuları var: ""Qalatasaray"ın bir çox oyununu izləmişəm. "Qalatasaray" evdə "Liverpul"a qalib gəldi. Səfərdə oynamaqla evdə oynamaq arasında fərq var. Yenə də deyə bilərəm ki, "Qalatasaray" çox güclü bir komandadır, çox sürətli oyunçuları var. Bu komandaya meydanda geniş yer verə bilmərik. Topu özümüzdə saxlamalıyıq".

"Qalatasaray"ın ötən mövsüm Avropa Liqasında "Ayaks"a 2-1 hesabı ilə uduzmasına toxunan Heytinq deyib: "O matç başqa, bu, tamam başqa. Oyunçular da dəyişib, komandamız o vaxtla müqayisədə dəyişib, yeni oyunçuların adaptasiya dönəmi var. Hər halda bu oyunla liqaa ilk xalımızı qazanmaq istəyirik"

"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhendən də danışan Heitinga onu Didye Drogba və Zlatan İbrahimoviçlə müqayisə edib: "O, həm çox güclü, həm də sürətlidir. Ona diqqət yetirməliyik. Osimhen hazırda Qalatasarayın ən yaxşı oyunçusudur. Başqa sürətli oyunçular da var, amma onun tempi çox fərqlidir".

Fərid ASLAN

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
66
mia.az

1Источники