RU

Monqolustandan gətirilən ətlə bağlı VACİB AÇIQLAMA: Həm dini, həm də gigiyenik baxımdan...

Hurriyyet saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Monqolustandan Azərbaycana gətirilən qoyun ətinin “halal” statusu ilə bağlı ciddi suallar yaranıb.

Mövzu ilə bağlı Konkret.az-a danışan ilahiyyatçı Tural İrfan bildirib ki, sözügedən ətin halal olmasına dair hər hansı əsaslı sübut yoxdur:

“Monqolustandan gətirilən qoyun ətinin halal olmasına dair əlimizdə heç bir əsas yoxdur. Həmin ölkə qeyri-müsəlman ölkəsidir və heyvanlar İslam qaydalarına uyğun şəkildə kəsilmir. Əgər oradan ət məhsulları gətirilirsə, bu, dini qaydalara uyğun aparılmalıdır. Əks halda həm satan, həm də yeyənlər günaha düşür”.

İlahiyyatçının sözlərinə görə, hazırda Azərbaycana Hindistandan mal əti, Monqolustandan isə əsasən qoyun əti idxal olunur və bu ölkələrdə kəsimlərin İslam normalarına uyğun aparılmadığı barədə məlumatlar mövcuddur:

“Dinimizə görə, əti yeyilən heyvanlar qibləyə tərəf yönəldilərək, Allahın adı ilə kəsilməlidir. Əks halda o, murdar – yəni leş sayılır və ətinin yeyilməsi haramdır. Həm dini, həm də tibbi baxımdan bu, zərərli hal sayılır”.

Tural İrfan əlavə edib ki, İslam qaydalarına əsasən kəsilən heyvanlarda qan tam şəkildə xaric olur, bu da həm dini, həm də sağlamlıq baxımından vacib amildir. Lakin elektrik cərəyanı və ya digər süni üsullarla öldürülən heyvanlarda qan ətin tərkibində qalır ki, bu da insan sağlamlığı üçün təhlükəlidir.

“Xaricdən gətirilən, dini qaydalara əməl olunmadan kəsilən heyvanların əti həm dini, həm də tibbi cəhətdən xətalıdır. Haramı halala qatmaq olmaz. Əgər qeyri-müsəlman ölkələri ilə ət mübadiləsi aparılırsa, bu zaman məhsulların dini və milli dəyərlərimizə uyğun hazırlanması mütləq şərtdir”, – deyə o, vurğulayıb.

İlahiyyatçı qeyd edib ki, bəzi hallarda “halallıq” sertifikatları saxta yollarla əldə edilir:

“Bəzi kolbasa sexləri bir-iki irançı dələduz “hacı”nı aparıb cibinə pul basmaqla “halal” fətvası alırlar. Bu, insanların sağlamlığı və gələcək nəsillərin təhlükəsizliyi üçün ciddi risk yaradır. Bu məsələlər dövlət səviyyəsində araşdırılıb təhqiq olunmalıdır”.

Tural İrfan sonda əlavə edib ki, Monqolustanda bəzi hallarda heyvanlar nəinki dini, heç ənənəvi qaydalarla da kəsilmir, bu zaman heyvan işgəncə ilə öldürülür və ətin tərkibində qan qalır ki, bu da həm dini, həm də gigiyenik baxımdan yolverilməzdir.

Aynurə İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
2
hurriyyet.az

3Источники