RU

ABŞ dan Belarusa Lukaşenkonun təyyarəsi ilə bağlı jest

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Maliyyə Nazirliyi Belarusa qarşı bəzi sanksiyaları yumşaldıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Məlumata görə, milli aviaşirkətlə bağlı məhdudiyyətlər aradan qaldırılıb və Aleksandr Lukaşenkonun Prezident təyyarəsi ilə bağlı əməliyyatlara icazə verilib.

Nəşr qeyd edir ki, bu addım ABŞ və Belarus arasında münasibətlərin istiləşməsində mühüm addımdır. Sentyabr ayında ABŞ Prezidenti Donald Trampın çağırışından sonra Belarus 52 məhbusu azad edib.

Bunun müqabilində Belarus milli aviaşirkəti “Belavia”ya qarşı sanksiyaları ləğv etmək vədini alıb. Bu qərarın aviaşirkətə öz təyyarələri üçün komponentlər almasına və onlara xidmət göstərməsinə icazə verdiyi bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
69
axar.az

1Источники