RU

“Qarabağ”la matçı buraxacaq“Napoli”nin ulduzu müraciət etdi

Belçikalı yarımmüdafiəçi Kevin De Bruyne əməliyyatdan sonra azarkeşlərinə müsbət xəbər verib.

“Napoli”nin futbolçusu A Seriyasının “İnter”lə oyununda (1:3) sağ bud əzələsini zədələmişdi.

O, penalti vurduqdan sonra 33-cü dəqiqədə ağrı səbəbindən meydanı tərk etmişdi.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı oyunçu sosial şəbəkə hesabında azarkeşlərinə müraciət edib:

“Hər kəsə salam! Bildiyiniz kimi, müvəqqəti olaraq sıradan çıxmışam.

Yaxşı xəbər odur ki, əməliyyat çox uğurlu keçdi. Mən artıq qayıdış yolundayam! Bütün mesajlarınıza görə təşəkkür edirəm!”

De Bruyne ötən həftə Antverpendə əməliyyat olunub. Həkimlərin məlumatına görə, o, 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

“Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Избранный
52
sportinfo.az

1Источники