RU

"Çelsi" Bakıya bu heyətlə gəldi

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün "Qarabağ"ın qonağı olacaq "Çelsi" Azərbaycana gəlib.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı ölkəmizə gətirən təyyarə 5 saat yarımlıq uçuşdan sonra Bakıya çatıb.

London klubunun baş məşqçisi Enso Mareska portuqaliyalı cinah oyunçusu Pedro Netonu zədə səbəbindən Bakıya gələn heyətə daxil etməyib. Benua Badiaşile, Levi Kolvil, Dariu Essuqu və Koul Palmer də eyni səbəbdən heyətdə yer almayıb.

Qapıçılar: Filip Yörgensen , Maks Merrik , Robert Sançes

Müdafiəçilər: Coş Açeampong , Tosin Adarabioyo , Trevo Çalobah , Mark Kukurelya , Uesli Fofana , Malo Qusto , Jorrel Hato , Ris Ceyms

Yarımmüdafiəçilər: Fakundo Buonanotte , Enso Fernandes , Romeo Laviya , Moisés Kaysedo , Andrey Santos

Hücumçular: Liam Delap , Alejandro Qarnaço , Tayrik Corc , Ceymi Gittenz , Mark Guiu , Joau Pedro , Estevao Villian

Xatırladaq ki, bu gün keçiriləcək "Qarabağ" - "Çelsi" matçı saat 21:45-də başlayacaq.

Избранный
53
teleqraf.com

1Источники