RU

Braziliyalı “Araz”dakı problemi dedi: “Bu, yaxşı hal deyil”

“Oyun çətin keçdi.

Komandamız heç də yaxşı çıxış etmədi, rəqib isə əksinə, çox gözəl təsir bağışladı.

Hesabda önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik, yekunda xalsız qaldıq. Belə görünür ki, bu vəziyyəti dəyişmək üçün daha çox çalışmalıyıq”.

bu sözləri “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos Premyer Liqanın 10-cu turunda “Sumqayıt”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Braziliyalı müdafiədə müəyyən səhvlərə yol verdiklərini bildirib:

“Qol vurmaq baxımından problemimiz yoxdur. Son 3 görüşdə 6 qol vurmuşuq.

Lakin qapımızdan da çox top buraxırıq. Halbuki komandamızda səviyyəli futbolçular cəmləşib.

Bununla belə, “Sumqayıt” iki dəfə məhz səhvimizdən sonra fərqləndi. Bu, heç də yaxşı hal deyil”.

Избранный
47
sportinfo.az

1Источники