RU

Avropa Komissiyası: Gürcüstanın Aİ-yə daxil olması prosesi dayanıb

Gürcüstanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi faktiki olaraq dayanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Avropa Komissiyasının press-relizində belə deyilir.

 

Avropa Komissiyası Gürcüstan hökumətini siyasi kursunu dəyişməyə və Aİ-yə qoşulma yoluna dönməyə çağırıb.

 

"Avropa Komissiyası Gürcüstanı yalnız nominal olaraq üzv ölkə hesab edir. 2024-cü ildən ölkədə vəziyyət kəskin şəkildə pisləşib, qanunun aliliyinin sürətlə sarsılması və fundamental hüquqlara ciddi məhdudiyyətlər ilə müşayiət olunan ciddi demokratik geriləmə müşahidə olunub" , - məlumatda vurğulanır.

 

Xatırladaq ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini elan edib.

 

Избранный
11
9
senzor.az

10Источники