RU

Dias son 10 mövsümdə Çempionlar Liqası matçında iki qol vurub meydandan qovulan ikinci oyunçudur

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bavariya”nın cinah oyunçusu Luis Dias son 10 mövsümdə Çempionlar Liqası matçında iki qol vuran və meydandan qovulan ikinci oyunçu olub.

İdman.Biz bildirir ki, “Atletiko Madrid”in oyunçusu Antuan Qrizmann 2021-ci ilin oktyabrında “Liverpul”a qarşı eyni şeyi etmişdi.

Kolumbiyalı hücumçu Çempionlar Liqasının dördüncü turunda “Pari Sen-Jermen”in qapısına iki qol (4, 32) vurub. Birinci hissəyə artırılmış vaxtda Dias Fransa komandasının müdafiəçisi Əşrəf Hakimiyə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
1
icma.az

2Источники