RU

Putindən gözlənilməz Naxçıvan qərarı: Ermənilər heyrətə gəldi FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putin erməni diasporunun ölkəsində yerləşən Yeni Naxçıvan apostol kilsəsinin baş katalikosu Ezras Nersisyanı mükafatlandırıb. 

Globalinfo.az xəbər verir ki, Putin Nersisyana Aleksandr Nevski mükafatını təqdim edib.

Məlumata görə, Kreml lideri bu mükafatı erməni katalikosa Milli Birlik Günü münasibətilə verib. O, digər din xadimlərini də təltif edib.

Lakin məhz hazırda Ermənistanda Apostol Kilsəsinə qarşı keçirilən əməliyyatlar, din xadimlərinin ard-arda həbsi fonunda Putinin bu addımı xüsusi diqqət çəkib. Ermənistan KİV Moskvanın bilərək, erməni xalqı və İrəvan hökumətinə mesaj olsun deyə belə təqdimatın planlandığını yazır. Çünki erməni hökuməti Apostol Kilsəsinin arxasında Rusiyanın dayandığı, bu yolla hakimiyyət çevrilişinin hazırlandığının fərqindədir.

Həmçinin katalokosun məhz Tambov şəhərində 2021-ci ildə inşası tamamlanan və ermənilərin “Yeni Naxçıvan” adlandırdığı kilsənin din xadiminin mükafatlandırılması da xüsusi diqqət çəkir. Kilsə erməni diasporunun dəstəyi ilə inşa olunub. Həmin vilayətə və ora yaxın olan regionlarda yaşayan ermənilər bura gələrək təşkilatlanırlar.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
123
1
globalinfo.az

2Источники