RU

QALMAQAL: Fazil Mustafa partiya sədrini “İrana işləməkdə” suçladı -VİDEO

Azad Vətən Partiyasının sədri Akif Nağının "Media Türk TV"nin efirində səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. 

 

O, Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın ixtisasca hüquqşünas olduğunu, amma namizədlik dissertasiyasını fəlsəfə üzrə müdafiə etdiyini bildirib. Akif Nağı deputatın Azərbaycan tarixini təhrif etdiyini, onun müəyyən mərkəzlər tərəfindən idarə olunduğunu iddia edib.

 

Partiya sədri Fazil Mustafanın kitablarını da tənqid edib.

 

Modern.az xəbər verir ki, Fazil Mustafa Akif Nağının iddialarına münasibət bildirib.

 

O, Akif Nağını "İran xəttini müdafiə edən adam" adlandırıb. Deputat qeyd edib ki, Akif Nağı Taleh Bağırzadənin başqa bir versiyasıdır.

 

Partiya sədri əlavə edib ki, Azərbaycanda səfəviliyi kim qabardırsa, həmin şəxs İranın maraqlarına xidmət edir.

 

Daha ətraflı videomaterialda:

Избранный
8
4
senzor.az

5Источники