RU

Böyük Britaniyada ev quşlarının qapalı şəraitdə saxlanılması məcburi oldu

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Böyük Britaniya hökuməti quş qripinin yayılma sürətini azaltmaq məqsədilə çərşənbə axşamı yeni məcburi tədbir tətbiq edib. Qərara əsasən, ölkə ərazisində bütün ev quşları qapalı məkanlarda saxlanılmalıdır. Bu qayda cümə axşamından etibarən qüvvəyə minəcək və bütün Böyük Britaniya ərazisində keçərli olacaq.

AZƏRTAC xəbər verir ki, quş qripi Avropada sürətlə yayılır. Son on il ərzində bir çox ölkələr xəstəliyin erkən yayılma hallarını qeydə alıb. Bu isə əvvəlki böhranların (on milyonlarla quşun məhv edilməsinə və ərzaq qiymətlərinin artmasına səbəb olmuş hadisələrin) təkrarlanması ilə bağlı narahatlıq doğurur.

“Reuters” yazır ki, oktyabrın 1-dən başlayan 2025–2026-cı illər mövsümündə Böyük Britaniyada indiyədək 23 yoluxma ocağı aşkarlanıb ki, onların da 19-u İngiltərənin payına düşür.

50-dən az quş saxlayan sahiblər bir halda bu yeni qərardan azad edilirlər. O da budur ki, bütün yumurta və quş məhsulları yalnız şəxsi istehlak üçün nəzərdə tutulsun.

Xəstəlik əsasən payız aylarında cənuba miqrasiya edən vəhşi quşlar vasitəsilə yayılır.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, quş qripinə insanların yoluxma riski aşağı olaraq qalır, çünki indiyədək yoluxmuş insanların əksəriyyəti xəstə heyvanlarla birbaşa təmasda olublar. Bununla belə, virusun getdikcə daha çox məməlilər arasında yayılması səbəbindən onun izlənməsi vacib sayılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
64
2
azertag.az

3Источники