RU

ABŞ-da şatdaunla bağlı 13-cü səsvermə də uğursuz oldu

ABŞ Senatında hökuməti maliyyələşdirmək üçün keçirilən 14-cü səsvermə də uğursuz olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şatdaunu dayandırmaq üçün təklif olunan qanun layihəsinə 54 senator lehinə, 44 senator əleyhinə səs verib. Beləliklə, Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-nə kimi nəzərdə tutan qanun layihəsi 60 səslik baryeri keçə bilməyib.

 

Xatırladaq ki, ABŞ federal hökumətinin işinin qismən dayandırılması (şatdaun) 1 oktyabr gecə yarısında (Bakı vaxtı ilə saat 08:00-da) maliyyələşdirmənin olmaması səbəbindən başlayıb. Bu, Konqresdə hakim Respublikaçılar və müxalifətdəki Demokratlar Partiyasının nümayəndələrinin səhiyyə sahəsi də daxil olmaqla, bir sıra xərc maddələri ilə bağlı razılığa gələ bilməməsi səbəbindən baş verib. Demokratlar və respublikaçılar bir-birilərini şatdauna təhrik etməkdə və onu siyasi məqsədlərlə uzatmaqda ittiham edirlər.

 

ABŞ qanunvericiliyinə əsasən, federal hökumətin maliyyələşdirilməsi dayandırıldığı təqdirdə, milli təhlükəsizliyin təmin edilməsi və xarici siyasət fəaliyyəti üçün məsul olan nazirlik və idarələr işlərini davam etdirirlər. Oxşar tələblər fəaliyyətləri "həyat və əmlakın qorunması"na yönəlmiş dövlət qulluqçularına da şamil edilir. Bu cür şəraitdə işə çıxmaq məcburiyyətində qalan dövlət qurumlarının əməkdaşları əməkhaqqı almırlar, lakin vəsaitlərin daxil olması məsələsi tənzimləndikdən sonra onlara maaşları ödənilir.

 

Onu da qeyd edək ki, bu, ABŞ tarixində ikinci ən uzun şatdaundur.

Избранный
9
2
senzor.az

3Источники