RU

Çin “Şençjou-20” gəmisinin Yerə qayıdışını təxirə saldı

BAKI, 5 noyabr. TELEQRAF

Çin hakimiyyəti “Şençjou-20” kosmik gəmisini kosmik tullantı ilə toqquşma ehtimalına görə Yerə qayıdış missiyasını təxirə salıb.

Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, “Şençjou-20”nin xırda kosmik zibil ilə toqquşduğu ehtimal edilir, hazırda hadisə ilə bağlı risk analizi aparılır. Astronavtların təhlükəsizliyini təmin etmək və missiyanın uğurla başa çatmasını təmin etmək məqsədilə 5 noyabrda planlaşdırılan qayıdış qərarı təxirə salınıb.

Qeyd edək ki, Çin kosmik stansiyası 400 km yüksəklikdə yerləşir və 10 ildən artıq fəaliyyət göstərəcək. Stansiya üç nəfərlik heyət üçün nəzərdə tutulub, lakin heyət dəyişiklikləri zamanı bu say altıya qədər arta bilər.

Избранный
58
teleqraf.com

1Источники