RU

ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

Bakı, 5 noyabr, AZƏRTAC

“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) satınalma və təchizat zəncirinin idarə edilməsində rəqəmsal transformasiyanı gücləndirmək məqsədilə “SAP Ariba” platformasını uğurla tətbiq edib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, bulud əsaslı “SAP Ariba” həlli “Intelligent Spend Management” (xərclərin ağıllı idarə edilməsi) portfelinə daxil olmaqla, SAP S/4HANA sistemləri ilə inteqrasiya olunmuş şəkildə istifadəyə verilib. Bu inteqrasiya real vaxt rejimində məlumat mübadiləsini təmin edərək təchizatçı seçimi, satınalma sifarişləri, təsdiqlər, müqavilələr və faktura proseslərini vahid platformada birləşdirir.

Layihə çərçivəsində “SAP Ariba” platformasının “Ariba Sourcing”, “Ariba Contracts” və “Ariba Supplier Lifecycle and Performance” (SLP) kimi üç əsas modulu ASCO-da tətbiq olunub.

Yeni platforma ASCO-da qərarvermə proseslərində analitik yanaşmanı gücləndirir, şəffaflığı artırır və resursların daha səmərəli istifadəsinə şərait yaradır. Bulud əsaslı infrastruktur isə sistemin gələcəkdə genişləndirilməsi və funksional imkanlarının artırılması üçün dayanıqlı əsas yaradır.

Qeyd edək ki, layihə ASCO və “ORBITSON CO.” şirkətlərinin mütəxəssislərinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Избранный
7
8
azertag.az

9Источники