Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində təmsilçimiz “Qarabağ” və qardaş ölkə Türkiyənin turnirdə mübarizə aparan yeganə komandası “Qalatasaray” növbəti görüşlərinə çıxacaqlar.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu İngiltərənin “Çelsi” klubunu evdə qəbul edəcəksə, “Qalatasaray” Niderlandda “Ayaks”ın qonağı olacaq.
Hər iki oyun həm Azərbaycanda, həm də Türkiyədə canlı yayımlanacaq. Qarşılaşmaları mavi ekranlara daşıyacaq kanalların bir qismi ilə sizi tanış edirik:
Çempionlar Liqası
21:45 Qarabağ – Çelsi – CBC Sport, tabii (Türkiyə), DAZN 1 (Almaniya), SKY Sports (Avstriya), Nova Sport 3 (Çexiya), TV3 Sport (Finlandiya), Okko Sport (Rusiya),
00:00 Ayaks – Qalatasaray – İctimai TV, TRT 1, Arena Sport4 (Xorvatiya), Canal+ (Fransa)