RU

"Zəfərin 5 ili - qürur və şərəf salnaməmiz"dir

Tovuz Şəhər İcra Hakimiyyətində "Zəfərin 5 ili - qürur və şərəf salnaməmiz" mövzusunda konfrans keçirilmişdir. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra şəhidlərimizin xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın öz torpaqları uğrunda apardığı mübarizənin zirvəsi oldu: "Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızın dəstəyi ilə 30 il işğal altında qalmış torpaqlarımızı azad etdi. Savaşda tovuzlular da   qəhrəmancasına döyüşərək, əsl igidlik nümunəsi göstərdilər. Bu yolda  şəhidlik zirvəsinə ucalanlar, qazi olanlar oldu.  Onların bu qəhrəmanlığı Müzəffər Ali Baş Komandan tərəfindən layiqincə qiymətləndirildi. Tovuzlu 2 gənc Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görüldü. Vətən müharibəsində qəhrəmanlıq göstərən çoxsaylı əsgərlər orden və medallarla təltif edildilər". 

Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin sürətlə davam etdiyini deyən rayon icra hakimiyyətinin başçısı bildirdi  ki, hazırda "Böyük qayıdış" proqramı çərçivəsində yollar, körpülər, yaşayış kompleksləri, məktəblər və sosial obyektlər inşa olunur: "Artıq minlərlə ailə doğma yurduna qayıtmışdır. Yaxın illərdə daha on minlərlə vətəndaşın da köçürülməsi planlaşdırılır. Dövlət bu işləri yalnız öz gücü ilə həyata keçirir ki,  bu da Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir". 

Digər çıxış edənlər də 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfəri Azərbaycan xalqının birliyinin, igidliyinin və milli ruhunun təntənəsi adlandırdılar. 

Sonda Zəfər salnaməmizdən və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işlərindən bəhs edən  videoçarx nümayiş olundu.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Избранный
28
azerbaijan-news.az

1Источники