RU

Kriştiano Ronaldo karyerasını tezliklə bitirəcəyini açıqlayıb

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun futbolçusu Kriştiano Ronaldo karyerasını tezliklə başa vuracağını bildirib.

Ölkə.Az xəbər verir ki, o bu barədə “YouTube”da jurnalist Pirs Morqanın kanalına müsahibəsində deyib.

“Tezliklə karyeramı bitirəcəyəm. Düşünürəm ki, buna hazıram. Bəli, bu çətin olacaq. Ağlayacağammı? Bəli. Bu, çox ağır olacaq, lakin mən gələcəyimə 25, 26, 27 yaşlarımdan hazırlaşırdım”, – deyə Ronaldu bildirib.

Qeyd edək ki, ötən mövsüm Ronaldo “Əl-Nasr”ın heyətində bütün turnirlərdə 41 oyunda 35 qol vurub və 4 qol ötürməsi edib. Cari mövsümdə isə səudiyyə klubu 7 oyunda 21 xal toplayaraq Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə başçılıq edir.

Избранный
25
olke.az

1Источники