RU

ABŞ-da yük təyyarəsi qəzaya uğradı - 7 ölü, 11 yaralı - VİDEO

ABŞ-ın Kentukki ştatında ağır aviasiya qəzası baş verib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, UPS-ə məxsus MD-11 tipli yük təyyarəsi Luisvilldəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində ən azı 7 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Kentukki qubernatoru Endi Beşir hadisə ilə bağlı açıqlamasında ölənlərin sayının artma ehtimalını istisna etməyib:

"Hazırda yeddi nəfərin öldüyü, 11 nəfərin yaralandığı təsdiqlənib. Təəssüf ki, qurbanların sayının artacağını gözləyirik" .

UPS 2976 reysinin qəzaya uğrama səbəbləri hələlik məlum deyil. 

Избранный
6
1
day.az

2Источники