RU

Türkiyədə silah-sursat qaçaqmalçılığına qarşı əməliyyat - 135 nəfər tutuldu

Bakı. Trend:

Türkiyənin hüquq mühafizə orqanları tərəfindən 41 vilayətindəəlaqələndirilmiş şəkildə keçirilmiş silah-sursat qaçaqmalçılığınaqarşı əməliyyatlarda 135 nəfər saxlanılıb.

Trend xəbər verirki, bu barədə Türkiyənin DİN rəhbəri Ali Yerlikaya öz “X”səhifəsində məlumat bölüşüb.

Əməliyyatlar zamanı 95 ədəd qeydiyyatsız tapança, 3 116 ədədpnevmatik tapança, 31 ədəd qeydiyyatsız ov tüfəngi, 2 ədəd əlqumbarası və 19 467 ədəd silah hissəsi ələ keçirilib. Yerlikayabildirib ki, şübhəliləri yaxalamaqla qeydiyyatsız silahlarlatörədilə biləcək cinayətlərin qarşısını alıblar və ictimai asayişipozan cinayətkar qruplara, eləcə də mütəşəkkil cinayəttəşkilatlarına silah təmin edilməsinin qarşısını alıblar.

Məqalədə:
Избранный
9
az.trend.az

1Источники