RU

Piyadanı görməzdən gələn sürücü yol vermədən sürüb getdi VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü piyadanın hərəkətinə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 90-VY-146 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü sağa dönən zaman yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməyib. Bu səbəbdən piyadanın hərəkətinə maneə yarandığından istiqamətini dəyişməyə məcbur olub.

Qanunvericiliyə görə, sürücü istər nizamlanan, istərsə də nizamlanmayan yolayrıclarında sağa və sola dönən zaman yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməlidir.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
avtosfer.az

1Источники