RU

Avtomobil qum topasına çırpıldı, sürücü öldü

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Şərif kənd sakini Yaqub Şəhmir oğlu Yaqubovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qum topasına çırpılıb.

Qəza nəticəsində Y.Yaqubov və avtomobildə olan sərnişin Ramazan Şamil oğlu Qebeyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sürücü bir neçə saat sonra aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
41
4
qafqazinfo.az

6Источники