RU

EcoHubın “Sıfır Tullantı” maarifləndirmə proqramı uğurla yekunlaşıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Ətraf mühitin qorunması və ekoloji məlumatlılığın artırılması məqsədilə “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən “Sıfır Tullantı Təşəbbüsü” adlı maarifləndirmə proqramı həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan proqram çərçivəsində ekoloji mövzulara həsr olunmuş silsilə video-buraxılışlar (podcastlar) hazırlanıb. Buraxılışların əsas məqsədi dinləyicilərdə ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, davamlı inkişaf və yaşıl iqtisadiyyat kimi mövzularda məlumatlılığın artırılmasına və ekoloji şüurun formalaşmasına töhfə vermək olub.

Podkastlarda ekologiya sahəsində fəaliyyət göstərən mütəxəssislər, QHT təmsilçiləri, şirkət nümayəndələri və gənc ekoloqlar iştirak edərək tullantıların idarə olunması, ekoloji çağırışlar və yaşıl həllər mövzularında müzakirələr aparıblar.

Podkast buraxılışları sosial media platformalarda böyük dinləyici auditoriyası qazanıb. “EcoHub”ın həyata keçirdiyi “Sıfır Tullantı” proqramı cəmiyyətin müxtəlif təbəqələrini ekoloji məsuliyyətə təşviq etməyi və “sıfır tullantı” prinsiplərinin təbliğini gücləndirməyi hədəfləyir.

Layihə çərçivəsində, həmçinin ekoloji mövzulara həsr olunan maarifləndirici vizual məzmunlar hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb. Bu məzmunlar geniş auditoriya tərəfindən maraqla qarşılanıb və ətraf mühitin qorunması istiqamətində ictimai məlumatlılığın artırılmasına töhfə verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
2
azertag.az

3Источники