RU

“Çelsi”nin satışından əldə edilən 1 milyard funt Ukraynaya veriləcək?

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukraynadakı xeyriyyə təşkilatları Londonun “Çelsi” futbol klubunun satışından toplanan 2,35 milyard funt-sterlinqin təxminən 987 milyon funtunu əldə edəcəklər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, vəsaitin əsas hissəsi – 1,54 milyard funt sterlinq klubun keçmiş sahibi Roman Abramoviçlə əlaqəli şirkətlərə olan borcların və digər öhdəliklərin ödənilməsinə yönəldiləcək.

“Çelsi” 2022-ci ildə Abramoviçin rəhbərliyi altında fəaliyyətini dayandırıb. Böyük Britaniya hökuməti onun üzərinə sanksiyalar qoyduqdan sonra klub amerikalı iş adamı Todd Boehli və “Clearlake Capital” konsorsiumuna 4,25 milyard funt qarşılığında satılıb. Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funt sterlinqə almışdı və 2022-ci ilə qədər klubun sahibi olub.

Satışdan əldə edilən gəlir Böyük Britaniyada xüsusi bank hesabında saxlanılır. Abramoviçin bu vəsaitə çıxışı yoxdur, lakin vəsait hələ də qanuni olaraq ona məxsus sayılır. Milyarder satışdan sonra bu pulu xeyriyyə məqsədləri üçün ayırmaq niyyətini bildirib.

Satışdan əldə edilən vəsaitin bölüşdürülməsi uzun müddətdir davam edən hüquqi və maliyyə mübahisələrinə səbəb olub. Abramoviç bildirib ki, fond Ukraynada və Rusiyada müharibədən zərər çəkən bütün qurbanlara dəstək verməlidir. Lakin Britaniya hökuməti bu mövqe ilə razılaşmır və gəlirlərin yalnız Ukraynaya humanitar yardım üçün istifadə edilməsində israr edir.

2025-ci ilin iyununda Böyük Britaniya hökuməti açıqlama verərək, Abramoviçin 2,5 milyard funtu Ukraynaya köçürməyə razı olmadığı halda hüquqi tədbirlər görüləcəyini bəyan edib. Bununla belə, fondun yaradılması və vəsaitin bölüşdürülməsi prosesi hələ də yekunlaşmayıb.

Liverpul Universitetinin müəllimi və maliyyə analitiki Kieran Maguire qeyd edib ki, prosesin bu qədər yavaş irəliləməsi Abramoviçin ofşor maliyyə strukturları ilə bağlı sualların çoxluğundan qaynaqlanır. Onun fikrincə, bu vəziyyət nəticədə bölüşdürüləcək məbləğin gözləniləndən daha az olması ehtimalını artırır.

Roman Abramoviç hal-hazırda “Forbes” siyahısında dünyanın ən varlı 350 insanı arasında yer alır və Rusiyanın ən zəngin 20 şəxsindən biridir. Onun xalis sərvəti təxminən 9,2 milyard dollar qiymətləndirilir. Abramoviç bildirib ki, artıq futbol klublarına sahib olmağı planlaşdırmır.

Onun rəhbərliyi dövründə “Çelsi” İngiltərə futbol tarixində ən uğurlu klublardan birinə çevrilib. Beş dəfə Premyer Liqa, beş dəfə İngiltərə Kuboku, iki dəfə Çempionlar Liqası və iki dəfə Avropa Liqasının qalibi olub.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
2
yeniavaz.com

3Источники