RU

Kiberhücumlardan dezinformasiyaya qədər: Müasir müharibənin yeni cəbhələri (FOTO/VİDEO)

Bakı. Trend:

“Baku Network" Təhlil və Araşdırmalar İctimai BirliyininAzərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiAgentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanəleyhinə Hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi üzrənövbəti onlayn görüşü keçirilib.

Trend xəbər verir ki, ElnurƏnvəroğlunun moderatorluğu ilə baş tutan debatın qonağı BöyükBritaniyalı fəlsəfə doktoru BBC-nin keçmiş əməkdaşı Devid UilyamParri olub.

Müzakirələr zamanı bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrininzabiti və Pentaqon analitiki Frenk Hoffmanın irəli sürdüyü “Hibridmüharibə” ifadəsi bu gün öz mahiyyətini tam şəkildə büruzəverir.

Hoffmanın qeyd etdiyi kimi, bu müharibə tək bir cəbhədə deyil,bir neçə cəbhələrdə aparıla bilər və insan intuisiyasının asanlıqlayayına bilən çoxsaylı taktiki və texniki elementləri özündə gizlədəbilər. Bu gün sürətli texnoloji tərəqqi fonunda hibrid müharibəartıq ənənəvi döyüş meydanlarında deyil, kölgələrdə - kiberməkanda,sosial mediada, xəbər otaqlarında və hətta ictimai fikirdəaparılır.

O, gözəgörünməz olsa da, dağıdıcı dərəcədə təsirlidir; bəzən qantökülmədən baş verir, amma içəridən bütöv dövlətləri sarsıtmaqgücünə malik olur. Debatın qonağı Dr. Perrinin fikrincə, ənənəvimüharibələrdən fərqli olaraq, hibrid müharibə hərbi təcavüzüiqtisadi təzyiq, dezinformasiya, siyasi manipulyasiya,kiberhücumlar və proksi əməliyyatlarla birləşdirir. Bu strategiyaorduları deyil, zəif nöqtələri hədəf alır - bölünmələridərinləşdirir, etimadı sarsıdır və bir güllə belə atmadan idarəetməstrukturlarını zəiflədərək sabitliyi pozur.

Debatın videovariantını təqdim edirik:

Kiberhücumlardan
Kiberhücumlardan
Kiberhücumlardan
Избранный
32
2
az.trend.az

3Источники