ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 5 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 404 min 552 vətəndaş müraciəti qeydə alınıb.
Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müraciətlərdən 161 min 343-ü pensiya, 104 min 92-si müavinət, 16 min 158-i Prezident təqaüdü, 76 min 932-si ünvanlı dövlət sosial yardımı, 10 min 725-i fərdi uçot və sosial sığorta, 1 701-i dövlət icbari şəxsi sığorta və 33 min 601-i isə digər istiqamətlərlə bağlı olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.